Dmitri Kruqlov Estoniya yığmasının heyətindən kənarlaşdırılıb
30.05.2008 - 10:06
Dmitri Kruqlov Estoniya yığmasının heyətindən kənarlaşdırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov Estoniya milli komandasına lazım olmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 24 yaşlı futbolçu “Baltika kuboku” turnirində iştirak etməyəcək. Estoniya yığma komandasının baş məşqçisi Tarmo Ruutli bu turnirdə güvənəcəyi 18 futbolçunun adını açıqlayıb. Amma bir müddət əvvəl millinin toplanışına yollanan 24 yaşlı D.Kruqlovun adı “Baltika kuboku”nun iştirak ərizəsinə daxil edilməyib. Toplanışa çağırdığı 30 futbolçu arasında seçimini etmək üçün T.Ruutli yetirmələrini Gürcüstanla yoldaşlıq oyununda da sınamışdı. Lakin “Neftçi”nin yarımmüdafiəçisi 1:1 hesabı ilə bitən görüşdə meydana çıxmayıb.
Qeyd edək ki, D.Kruqlov milli komandada keçirdiyi 33 matçda bir qol vurub.
0