Gəncə şəhər stadionunda 2 meydança salınacaq

Gəncə şəhər stadionunda davam edən təmir-bərpa işləri sürətlənib. Apasport.az saytının məlumatına görə, “Kəpəz”in ev oyunlarını keçirdiyi arenada aparılan təmir üçün inşaat briqadalarının tərkibinə xeyli canlı qüvvə və ağır texnikalar cəlb edilib.

 

Stadionun ərazisində standart ölçülərə uyğun iki meydança salınacaq. Qazonlardan biri süni, digəri təbii ot örtüyündən ibarət olacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Meydançalar hazır olan kimi burada komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq.    

 

Arenanın VİP sektorunda da əsaslı təmir aparılır, rəsmi qonaqlar üçün nəzərdə tutulan otaqlar, AFFA nümayəndələri, eləcə də şərhçi kabinələri yenidən qurulur. Stadionun ərazisində bordürlər yenilənir, asfalt örtüyü salınır, hasarlar çəkilir. Ayrıca müvafiq yerlərə tamet üzlük daşlarının döşənməsi də nəzərdə tutulub. Müasir işıqlanma sisteminin qurulması üçün əlavə elektrik dirəkləri basdırılıb. Yenidənqurma işləri eyni vaxtda bazada da aparılır. Binanın fasadı, təmirə ehtiyac duyulan eyvanlar yenilənir.

 

Görülən işlər “Kəpəz”in əsas və əvəzedici komandasının, eləcə də klubun tərkibində fəaliyyət göstərən müxtəlif yaş qruplarından ibarət 9 komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına hesablanıb. İnfrastruktur sahəsində köklü dəyişikliklər, həyata keçirilən layihələr futbolun inkişafına böyük dəstəkdir.

 

Mənbə: kapazpfc.az

Fotosessiya
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10