Deniel Piriç: “Azərbaycana qarşı layiqli oyun göstərməliyik”
30.05.2008 - 13:07
Deniel Piriç: “Azərbaycana qarşı layiqli oyun göstərməliyik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan kimi döyüşkən komandaya qarşı layiqli oyun göstərməliyik”. “APA-Sport” agentliyinin sözlərinə görə, bu sözləri Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Deniel Piriç deyib. İyunun 1-də Azərbaycan milli komandası ilə qarşılaşacaq bosniyalıların çalışdırıcısı heyətə növbəti dəfə əl gəzdirməli olub: “Sərəncamımda olan 16 futbolçu ilə kifayətlənə bilməzdik. Bu səbəbdən Vlastimil Yobvanoviçlə Yosip Tomiçi də düşərgəyə çağırdıq. Yalnız bir qapıçı – Denis Mujkiçlə qaldığımızdan Dario Puriçə də dəvət göndərdim. Onlar mayın 31-də keçiriləcək 30-cu turun oyunlarından sonra yığmaya qoşulacaq. Belə vəziyyətdə göstərəcəyimiz oyunla nümunə olmağa borcluyuq”.
0