Berti Foqts menecerlərdən cavab gözləyir
30.05.2008 - 14:21
Berti Foqts menecerlərdən cavab gözləyir
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts 2010-cu il dünya çempionatının seçmə mərhələsində rəqib komandaların oyunlarını izləyə bilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis rəqiblər haqda informasiya toplamaqla bağlı göstərişlərini verib. B.Foqts menecerlərdən cavab gözləyir: “Finlandiya yığmasının Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olduğu yoldaşlıq görüşü izləməmişəm. Amma Almaniyada keçirilən həmin matçı izləyən menecer olub. O, oyun haqda mənə lazımi məlumatlar yazacaq. Həmin şəxs qrupumuzda digər rəqib –Lixtenşteyn yığmasının görüşünü də izləyəcək. Söhbət bu milli komandanın İsveçrə yığması ilə bugünkü matçından gedir. Bir menecer isə Turku şəhərinə Finlandiyanın Belarus millisi ilə yoxlama matçını izləmək üçün yollanacaq”. B.Foqts qarşıdakı seçmə mərhələdə ilk rəqibimiz olan Uels yığması haqda da məlumat toplamaq fikrindədir. Uelslilər Bosniya və Herseqovina ilə görüşdüyümüz günü, yəni iyunun 1-də Hollandiya yığması ilə görüşəcək.
Qeyd edək ki, milli komandamız qarşıdakı seçmə mərhələ çərçivəsində bu il səfərdə Uels və Finlandiya, Bakıda Lixtenşteynlə qarşılaşacaq.
0