[b]İspaniyanın DÇ-2018-ə hazırlıq planı açıqlandı[/b]
08.05.2018 - 01:39
[b]İspaniyanın DÇ-2018-ə hazırlıq planı açıqlandı[/b]

İspaniya millisinin DÇ-2018-ə hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, pireneylilər təlim-məşq toplanışına mayın 28-də start verəcək.

 

Çempionlar Liqasının mayın 26-da keçiriləcək finalında iştirak edəcək “Real”ın futbolçuları hazırlığa sonradan qoşulacaq.

 

Baş məşqçi Xuan Lopeteqi yığmanın heyətini mayın 18-də açıqlayacaq. Mayın 28-də toplanışa başlayacaq ispaniyalılar iyunun 7-də Rusiyaya yollanacaq.

 

Qeyd edək ki, pireneylilər munduiala B qrupunda başlayacaq. Onların rəqibləri Portuqaliya, İran və Mərakeş olacaq.

 

0