[b]NHL: “Vaşinqton” finalda, “Neşvill”dən səfər qələbəsi[/b]
08.05.2018 - 10:24
[b]NHL: “Vaşinqton” finalda, “Neşvill”dən səfər qələbəsi[/b]

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki görüş keçirilib.

 

Şərq konfransında “Vaşinqton Kepitalz” overtayma gedən matçda “Pittsburq Pinqvinz” üzərində qələbə qazanaraq, seriyanı 4:2 öndə tamamlayıb. Paytaxt klubunun konfrans finalındakı rəqibi “Tampa-Bey Laytninq” olacaq.

 

Qərb konfransında isə “Vinnipeq Jets” “Neşvill Predatorz”u qəbul edib. Səfərdə qələbə qazanan “Neşvill” seriyaya tarazlıq gətirib – 3:3. Konfrans finalçısını müəyyənləşdirmək üçün həlledici – 7-ci oyuna ehtiyac qalacaq.

 

NHL

 

Pley-off

 

Şərq konfransı, yarımfinal

 

“Pittsburq Pinqvinz” – “Vaşinqton Kepitalz” – 1:2 (overtaym)

 

Seriyada hesab – 4:2 (“Vaşinqton” konfrans finalında)

 

 

Qərb konfransı, yarımfinal

 

“Vinnipeq Jets” – “Neşvill Predatorz” – 0:4

 

Seriyada hesab – 3:3

0