“Lisenziya almaq istəyən klubların sənədləri qaydasında deyil”

“Premyer Liqada iştirak üçün lisenziya almaq istəyən I divizion klublarının sənədləri hələ də qaydasında deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev deyib.

 

Mayın 11-də AFFA İcraiyyə Komitəsinin iclası nəzərdə tutulsa da, aşağı dəstə təmsilçilərinin elitada iştirakı hələ də sual altındadı. Xüsusən də, “Xəzər” və “Sabah” klubları Premyer Liqaya can atmalarına baxmayaraq, mövcud problemlər həllini tapmayıb.

 

Sərxan Hacıyev ad çəkməsə də, müraciət edən komandaların heç birinin sənədlərinin tam hazır olmadığını söyləyib: “Klubların hamısına demişik ki, çatışmazlıqları aradan qaldırın, lazım olan sənədləri gətirin. Hazırda həmin sənədləri qaydasına salıb, bizə təqdim etmələrini gözləyirik. Lisenziya üçün müraciət edən komandaların hamısında çatışmazlıqlar var. Konkret sənədləri demək istəmirəm. Məsələn, birində maliyyə, birində uşaq-gənclər futbolu ilə bağlı strateji inkişaf planı yoxdu”.

 

Hacıyev bildirib ki, çatışmayan sənədlər bütün divizion təmsilçilərini Premyer Liqadan məhrum edəcək səviyyədədi: “Bilirsiniz, A və B meyarlı sənədlər var. A meyarlı sənədlərdə çatışmazlıq yarandıqda, klublara lisenziya verilməyə bilər. Ancaq B meyarındakı problem Premyer Liqada iştiraka mane olmur. Müraciət edənlərin isə hamısında A meyarı ilə bağlı çatışmazlıq mövcuddu”.

 

Lisenziyalaşdırma qrupunun rəhbəri AFFA İcraiyyə Komitəsinin mayın 11-də keçiriləcək iclasında bu məsələ ilə bağlı konkret qərarın verilməyəcəyini istisna etməyib: “Həmin gün İcraiyyə Komitəsinə lisenziyalaşdırma ilə bağlı məlumat veriləcək. Ola bilsin ki, növbəti mövsümün formatı, klubların sayı barədə qərar qəbul edilsin və ya lisenziyalaşdırma ilə bağlı qlobal bir qərar verilməsin. Çempionatda neçə komandanın iştirak edəcəyi ilə bağlı hələlik rəsmi məlumat yoxdu. Mayın ortalarında Lisenziyalaşdırma Komissiyasının iclası keçiriləcək və yekun qərar o zaman veriləcək. Biz isə həmin vaxta qədər yığılan bütün sənədləri komissiyaya təqdim edəcəyik”.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10