[b]NBA: "Boston" konfrans finalında - VİDEO[/b]
10.05.2018 - 09:40
[b]NBA: "Boston" konfrans finalında - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans yarımfinallarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə bir qarşılaşma keçirilib.

 

"Boston Seltiks" "Filadelfiya 76ers"i qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılan ev sahibləri seriyanı 4:1 hesabı ilə öndə bitirərək, Şərq konfransının finalına yüksəlib.

 

NBA

Pley-off

Şərq konfransı, yarımfinal

 

"Boston Seltiks" - "Filadelfiya 76ers" - 114:112

"Boston": Teytum (25 xal, 4 assist, 3 ribaund, 1 top oğurlama), Braun (24 xal, 4 ribaund, 2 assist, 2 blok)

"Filadelfiya": Embiid (27 xal, 12 ribaund, 4 assist, 4 blok), Şariç (27 xal, 10 ribaund, 4 assist, 1 top oğurlama, 1 blok)

Seriyada hesab - 4:1 ("Boston" konfrans finalında)

 

Qeyd edək ki, "Boston Seltiks" Şərq konfransının finalında "Klivlend Kavalyers"lə üz-üzə gələcək.

0