[b]Dünya Kubokunda 3-cü yer - FOTO[/b]
11.05.2018 - 10:11
[b]Dünya Kubokunda 3-cü yer - FOTO[/b]

İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış təmsilçilərimiz üçün uğurlu alınıb.

 

Belə ki, komanda hesabında gimnastlarımız Nərminə Səmədova ilə Arzu Cəlilova ümumi hesaba 88,550 xal yazdırmaqla, 3-cü pilləyə yüksəliblər və turnirin bürünc medalına layiq görülüblər. Sıralamada 4-cü yerdə də 86,950 xalla digər Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan qərarlaşıb.

 

Gimnastlarımız fərdi final yarışlarında da mübarizə aparıblar. Nəticələrə əsasən Arzu Cəlilova gürzlərlə 4-cü, lentlə isə 7-ci olub. Luzan isə halqa ilə çıxışına görə 6-cı yerdə qərar tutub.

 

0