[b]AFFA klubları “top”layacaq[/b]
11.05.2018 - 20:14
[b]AFFA klubları “top”layacaq[/b]

Ötən ilin sonlarında milli komandamızla müqavilə imzalayan və yığmamızın forma sponsoru olan “Nike”la əməkdaşlıq daha da genişləndirilir. Apasport.az saytının məlumatına görə, idman geyimləri və əşyaları istehsalında dünya nəhənglərindən biri olan marka bundan sonra Topaz Premyer Liqasında mübarizə aparan klubları topla təmin edəcək.

 

AFFA ilə əldə olunmuş razılığa əsasən, bundan sonra çempionatın oyunları məhz bu firmanın topları ilə keçiriləcək. Əvvəllər hər klub məşq və ev oyunları üçün topu özü alırdısa, artıq sponsorluq əsasında izafi xərcdən qurtulacaqlar. 

 

Üstəlik, hər klub mövsüm ərzində 40-50 top satın aldığı halda, AFFA onlar üçün havayı 100 top nəzərdə tutub. Bu isə həm hazırlıq, həm də oyunlar zamanı klubların “əlini rahatladacaq”.

 

Qeyd edək ki, “Nike” A seriyası, La Liqa və İngiltərə Premyer Liqası kimi dünyanın ən baxımlı çempionatlarının da top sponsorudur.

0