[b]"Madrid Open": Nadal mübarizəni dayandırdı[/b]
12.05.2018 - 11:07
[b]"Madrid Open": Nadal mübarizəni dayandırdı[/b]

"Madrid Open" davam edir. Apasport.az saytının məlumatına görə, kişi tennisçilərin mübarizəsində yarımfinalçılar müəyyənləşib.

 

Dünya bir nömrəsi Rafael Nadal Donimik Timlə qarşılaşıb. İspan raketka ustası 1 saat 57 dəqiqə davam edən oyunun sonunda kortu məğlub tərk edərək, turnirlə vidalaşıb. Beləliklə, Nadalın torpaq kortda ardıcıl 21 qələbə seriyası pozulub. Həmçinin bu nəticə ilə bazar ertəsi açıqlanacaq yeni ATP sıralamasında Rocer Federerin Rafanı geridə qoyaraq, ilk pilləyə yüksələcəyi dəqiqləşib.

 

Dominik Timlə yanaşı, Kevin Anderson, Denis Şapovalov və Aleksandr Zverev də yarımfinala yüksəlib.

 

Madrid Open

1/4 final

Con İzner (ABŞ) - Aleksandr Zverev (Almaniya) - 0:2 (4:6, 5:7)

Duşan Layoviç (Serbiya) - Kevin Anderson (CAR) - 1:2 (6:7, 6:3, 3:6)

Kayl Edmund (Böyük Britaniya) - Denis Şapovalov (Kanada) - 1:2 (5:7, 7:6, 4:6)

Rafael Nadal (İspaniya) - Dominik Tim (Avstriya) - 0:2 (5:7, 3:6)

 

Qeyd edək ki, "Madrid Open" turnirinə mayın 13-də yekun vurulacaq.

0