"Son oyundan sonra hər şeyi açıqlayacam"

“Deyiləsi bir şey yoxdu. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördünüz. Qolları vura bilmədik. Bunun üçün ürək lazımdı. Belə görüşlərdə topla birgə tora girmək lazımdı. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Oyun keyfiyyəti budu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

TPL-in XXVII turunda doğma meydanda “Qəbələ” ilə qarşılaşan “kimyaçılar” 0:2 hesablı məğlubiyyətə üzülüblər.

 

Matçdan sonra mətbuat konfransı keçirən Abasov sualları da cavablandırıb: “Siyasət dəyişməsə, belə davam etsə, 5-ci yeri tutsaq, əla olar deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə, Amil Yunanov niyə oynamadı deyəndə, hücumçuya xas keyfiyyətdə oyun göstərsə, onda nə gəldi deyərsiniz. Futbolçularımız I Divizionda çürüyərdilər. 11 legioner verərdilər, onda görərdiniz ki, bu futbolçuların yeri haradır. Budur bizim Azərbaycan futbolu, əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdu. “Kəpəz”, “Səbail” və “Qəbələ” ilə oyunlarda yaxaladığımız qollardan yararlansaydıq, indi avrokuboklarda idik. Bu, düzgün olmayan strategiyanın badına şəhərimiz getdi”.

 

- 5-ci yerdə olsanız, əla nəticə sayılar sözlərini kim demişdi?

- Klubumuzun keçmiş prezidenti Kamran Quliyev mövsümün əvvəlində dedi ki, komandanın potensialı 6-cı yerdir. 5-ci yeri tutsaq, sevinəcəyik. Mən isə dedim ki, var qüvvəmizlə avrokuboklar üçün çalışacağıq. Lakin meydanda oynayan mən deyiləm.

 

- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?

- İcraiyyə Komitəsi mayın 20-dən sonra olsaydı, nə olacaqdı? “Kəpəz” gedib “Neftçi” ilə necə oynasın? 2 turdan sonra nə qərar verirsinizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı verirsiniz?

 

- Klubun strategiyasından narazılığınızı bildirdiniz. Amma digər tərəfdən, müqavilənizi uzatdığınıza dair xəbərlər yayılıb...

- Bir turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizdən gizlətdiyim hər şeyi açıqlayacam.

 

- Son turda nə baş verəcək?

- Nə olacaqsa, olacaq.

 

- “Zirə” ilə son tur matçına hansı motivasiya ilə çıxacaqsınız?

- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? Əlimizdən gələni edəcəyik ki, “Zirə”yə qalib gələk.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10