[b]“Bürünc” “Tottenhem”in oldu - YENİLƏNİB[/b]
13.05.2018 - 20:01
[b]“Bürünc” “Tottenhem”in oldu - YENİLƏNİB[/b]

Bu gün İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu – XXXVIII turun bütün görüşləri eyni saatda start götürüb.

 

“Mançester Siti” qızıl, “Mançester Yunayted” gümüş medalları öncədən təmin etdiyindən son tur yalnız 3-cü mükafatçı baxımından önəm daşıyıb. “Lester”lə dramatik və məhsuldar oyunda 5:4 hesabı ilə qalib gələn “Tottenhem” “bürünc”ü hec kimə verməyib.

 

Çempionlar Liqasına sonuncu – 4-cü vəsiqə isə “Liverpul”un olub. “Brayton”u məğlub edən liverpullular 4-cü sırada qalıb.

 

Məhəmməd Salah isə bombardirlər yarışında Premyer Liqanın yeni rekordunu müəyyənləşdirib – 32 qol.

  

Qeyd edək ki, son üç pilləni tutan “Vest Bromviç”, “Suonsi” və “Stok Siti” Premyer Liqanı tərk edib.

 

İngiltərə Premyer Liqası

XXXVIII tur

13 may

 

“Bernli” – “Bornmut” - 1:2

Qollar: Uord, 39 – Kinq, 74, Uilson, 90

“Kristal Palas” – “Vest Bromviç” - 2:0

Qollar: Zaha, 69, Aanholt, 78

“Haddersfild” – “Arsenal” - 0:1

Qol: Obameyanq, 38

“Liverpul” – “Brayton” - 4:0

Qollar: Salah, 26, Lovren, 40, Solanke, 53, Robertson, 85

“Mançester Yunayted” – “Uotford” - 1:0

Qol: Reşford, 34

“Nyukasl” – “Çelsi” - 3:0

Qollar: Qeyl, 23, Peres, 59, 63

“Sauthempton” – “Mançester Siti” - 0:1

Qol: Jezus, 90

“Suonsi” – “Stok Siti” - 1:2

Qollar: Kinq, 14 - Ndiaye, 23, Krauç, 41

“Tottenhem” – “Lester” - 5:4

Qollar: Keyn, 7, 76, Lamela, 49, 60, Fuş, 53-öz qapısına - Vardi, 4, 73, Mahrez, 16, İhenaço, 47

“Vest Hem” – “Everton” - 3:1

Qol: Lanzini, 39, 82, Arnautoviç, 63 – Niasse, 74

 

Turnir cədvəli

 

1.

Mançester Siti 

38

32

4

2

106-27

100

2.

Mançester Yunayted 

38

25

6

7

68-28

81

3.

Tottenhem

38

23

8

7

74-36

77

4.

Liverpul

38

21

12

5

84-38

75

5.

Çelsi

38

21

7

10

62-38

70

6.

Arsenal 

38

19

6

13

74-51

63

7.

Bernli

38

14

12

12

36-39

54

8.

Everton

38

13

10

15

44-58

49

9.

Lester

38

12

11

15

56-60

47

10.

Nyukasl

38

12

8

18

39-47

44

11.

Kristal Pelas

38

11

11

16

45-55

44

12.

Bornmut

38

11

11

16

45-61

44

13.

Vest Hem

38

10

12

16

48-68

42

14.

Uotford

38

11

8

19

44-64

41

15.

Brayton

38

9

13

16

34-54

40

16.

Haddersfild

38

9

10

19

28-58

37

17.

Sauthempton

38

7

15

16

37-56

36

18.

Suonsi

38

8

9

21

28-56

33

19.

Stok Siti

38

7

12

19

35-68

33

20.

Vest Bromviç

38

6

13

19

31-56

31

 

Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 32 qol

 

0