[b]Premyer Liqada yeni rekord[/b]
13.05.2018 - 19:24
[b]Premyer Liqada yeni rekord[/b]

İngiltərə Premyer Liqasında yeni record qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXVIII turun “Brayton”la oyununda “Liverpul”un ilk qoluna imza atan Məhəmməd Salah çempionatın tarixinə düşüb.

 

O, 20 komandanın mübarizə apardığı mövsümlərdə ən çox qol vuran oyunçu olub. Belə ki, bugünkü qol misirli hücumçunun 32-ci uğuru olub.

 

Bununla da Salah Alan Şirer, Kriştianu Ronaldo və Luis Suaresə məxsus 31 qolluq rekordu yeniləyib.

0