[b]Son 13 mövsümdə ilk dəfə[/b]
14.05.2018 - 01:42
[b]Son 13 mövsümdə ilk dəfə[/b]

İspaniya çempionatının XXXVII turu “Barselona”nın ilk məğlubiyyəti ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 5:4 hesablı qələbə qazanan “Levante”nin futbolçusu Emanuel Boatenq bu görüşdə het-trik müəllifi olub.

 

O, son 13 mövsümdə kataloniyalıların qapısına 1 oyunda 3 qol vuran ilk futbolçudu. “Barselona” ilə matçda het-trik edən sonuncu futbolçu Dieqo Forlan olub.

 

Uruqvaylı 2005-ci il mayın 22-də fərqlənib. 2004/05 mövsümündə buna imza atan Forlan həmin vaxt “Vilyareal”ın formasını geyinirdi.

0