[b]Gümüş mükafatla Çempionlar Liqasına[/b]
14.05.2018 - 09:36
[b]Gümüş mükafatla Çempionlar Liqasına[/b]

Çempionlar Liqasında iştirak edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Albaniyanı qitənin ən nüfuzlu klub turnirində “Kukesi” təmsil edəcək.

 

Kukesi təmsilçisi buna çempionatın gümüş medalını təmin etməklə nail olub. Belə ki, XXXIV turda ən yaxın izləyicisi “Luftetari” ilə 2:2 hesablı heç-heçə edən komanda 3-cü yer üçün əlçatmaz olub.

 

Hesabında 62 xal olan kukesililər rəqibini 9 xal qabaqlayır. “Kukesi”nin 2-ci yeri Çempionlar Liqasına vəsiqə üçün yetərli olub.

 

Belə ki, Albaniya çempionluğunu təmin edən “Skenderbeu” avrokuboklara buraxılmadığından Albaniyanı qitənin ən nüfuzlu klub turnirində 2-ci yerin sahibi təmsil edəcək.

0