[b]XXVIII turun təyinatları açıqlandı[/b]
14.05.2018 - 09:43
[b]XXVIII turun təyinatları açıqlandı[/b]

Futzal üzrə Yüksək Liqanın XXVIII turunun oyunları keçiriləcək. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmalar mayın 15-də baş tutacaq.

 

Oyunlara hakim təyinatları artıq açıqlanıb. Bakı İdman Sarayında keçiriləcək iki görüşü Elçin Səmədli və Elçin Məmmədov idarə edəcək.
 

Yüksək Liqa

XXVIII tur

15 may


13:00. EKOL - “Yasamal” İK
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov 
Hakim-inspektor: Aslan Həsənov
 

15:30. “Neftçi” İK – “Marafon Futsal”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev 
Hakim-inspektor: Ələkbər Məmmədov

0