[b]“Madrid Open” başa çatdı[/b]
14.05.2018 - 10:43
[b]“Madrid Open” başa çatdı[/b]

“Masters 1000” seriyalı “Madrid Open” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son olaraq, kişi tennisçilərin mübarizəsində qalib müəyyənləşib.

Finalda Dominik Tim Aleksandr Zverevlə qarşılaşıb. Hər iki setin birinci qeymində rəqibinin servisindən xal çıxaran alman raketka ustası 1 saat 19 dəqiqə davam edən oyundan qalib ayrılıb.

 

Madrid Open

Kişilər, final

 

Dominik Tim (Avstriya) – Aleksandr Zverev (Almaniya) – 0:2 (4:6, 4:6)

Bu, Zverevin 3-cü “Masters” zəfəridi. Ümumilikdə isə dünya üç nörməsi karyerası ərzində 8 turnirdə çempionluq yaşayıb.

 

Qeyd edək ki, “Madrid Open”də qadınların mübarizəsində Kiki Bertensi 2:1 (7:6, 4:6, 6:3) hesabı ilə məğlub edən Petra Kvitova çempion adını qazanmışdı.

0