[b]“Kəpəz” 400-ə çatan ikinci komanda oldu[/b]
14.05.2018 - 11:05
[b]“Kəpəz” 400-ə çatan ikinci komanda oldu[/b]

“Kəpəz” Azərbaycan çempionatlarında keçirdiyi səfər oyunlarında 400-cü qolu buraxıb. Apasport.az saytının məlumatına görə, bu, Topaz Premyer Liqasının XXVII turuna təsadüf edib.

 

“Zirə”yə 1:2 hesabı ilə uduzan Gəncə təmsilçisinin buraxdığı ikinci qol yubiley xarakterli olub. Qərblilərin 282-ci səfər matçında qeydə alınan bu qola 75-ci dəqiqədə Tellur Mütəllimov imza atıb.

 

“Kəpəz” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol buraxan 2-ci komandadı. Yalnız “Turan” daha çox - 432 qola üzülüb.

0