[b]Latviya - Azərbaycan matçının vaxtı açıqlandı[/b]
14.05.2018 - 12:42
[b]Latviya  - Azərbaycan matçının vaxtı açıqlandı[/b]

Azərbaycan millisinin Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün başlama vaxtı müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyunun 9-da baş tutacaq matçın start fiti Bakı vaxtı ilə 20:00-da veriləcək.

 

Riqada keçiriləcək oyun yerli vaxtla saatı 19:00-da başlayacaq.

 

Qeyd edək ki, yığmamız Latviya ilə oyuna qədər mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoldaşlıq görüşü keçirəcək.

 

0