[b]Neymar mövsümün ən yaxşı futbolçusu seçildi[/b]
14.05.2018 - 12:50
[b]Neymar mövsümün ən yaxşı futbolçusu seçildi[/b]

Fransa Liqa 1-də mövsümün ən yaxşıları müəyyənləşib. Apasport.az-ın çempionatın saytına istinadən məlumatına görə, PSJ-nin forvardı Neymar “ən yaxşı futbolçu” nominasiyası üzrə qalib olub.

 

Neymar komanda yoldaşları Edinson Kavani, Kilian Mbappe və “Marsel”in yarımmüdafiəçisi Florian Toveni qabaqlayıb.

 

Paris klubunun çalışdırıcısı Unai Emeri mövsümün məşqçisi, Kilian Mbappe isə ən yaxşı gənc oyunçu seçilib.

 

Qeyd edək ki, Neymara mükafatı həmyerlisi Ronaldo təqdim edib.

0