[b]Polşa klubu Geryeni icarəyə götürə bilər[/b]
14.05.2018 - 13:01
[b]Polşa klubu Geryeni icarəyə götürə bilər[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Vild-Donald Gerye karyerasını yenidən Polşada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı həmin ölkənin mətbuatı yayıb.

 

29 yaşlı futbolçu yüksək liqada çıxış edən “Qurnik”in maraq dairəsindədi. Zabje klubu “Visla”nın sabiq üzvünü Polşaya qaytarmaq niyyətində olsa da, bunun baş verməsi inandırıcı görünmür. Buna səbəb Geryenin “Qarabağ”la müqavilə müddətinin davam etməsi göstərilir.

 

Azad agent statusu daşıyan oyunçularla güclənməyi planlaşdıran “Qurnik” üçün Gerye alternativlərdən biridi. Polşa təmsilçisi siyahısındakı digər oyunçularla ortaq məxrəcə gələ bilməsə, Geryeni icarəyə götürmək variantını nəzərdən keçirəcək.

 

Qeyd edək ki, Vild-Donald Gerye “Qarabağ”a ötən il “Alanyaspor”dan keçib. Haiti millisinin üzvü 2013-2016-cı illərdə Polşada “Visla”nın formasını geyinib.

0