[b]Gürcüstan yığması Bakıya 20 futbolçu ilə gəlir[/b]
14.05.2018 - 13:03
[b]Gürcüstan yığması Bakıya 20 futbolçu ilə gəlir[/b]

20 yaşadək futbolçulardan ibarət Gürcüstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 16-da Azərbaycanın müvafiq yaş qrupundan olan komanda ilə görüşəcək qonşu ölkə təmsilçisi bu gün Bakıya gələcək.

 

Baş məşqçi Vasil Maysuradze ölkəmizə 20 futbolçu ilə gəlir. Gürcüstan yığmasının heyətində legioner də yer alıb. Bu, Türkiyə “Antalyaspor”unda çıxış edən     David Muciridi.


Qapıçılar: Levan İsiani (“Qaqra”), Nika Kavtaradze (“Vit-Corciya”); 

Müdafiəçilər: Sotne Patsatsia (“Merani”), Nikoloz Kurşavişvili (“Sxinvali”), Giorgi Jinjolava, Andria Purtseladze, Yuri Tabatadze (hamısı “Saburtalo”), Piruz Qabitaşvili (“Dinamo”, Tiflis), Zaur Kereleyşvili (“Dila”);

 

Yarımmüdafiəçilər: İrakli Buqridze (“Çixura”), David Samurkasov, Tornike Searçinuri (hər ikisi “Lokomotiv”), Beka Dartsmeliya (“Dinamo”, Tiflis), Qabriel Saqirişvili (“Samquruli”), Luka Poçkua (“Saburtalo”), Laşa Lejava (“Sioni”);

 

Hücumçular: Vato Arveladze (“Lokomotiv”), David Muciri (“Antalyaspor”, Türkiyə), Nuqzar Spandaraşvili (“Qaqra”), Mixail Erqemlidze (“Dinamo”, Tiflis).

0