[b]Mançini sabah İtaliya millisinin baş məşqçisi olacaq - İddia[/b]
14.05.2018 - 14:15
[b]Mançini sabah İtaliya millisinin baş məşqçisi olacaq - İddia[/b]

Roberto Mançini İtaliya yığması ilə müqavilə imzalamağa yaxındı. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar və sabah rəsmi saziş imzalanacaq.

 

Mançininin müqaviləsi 2 il müddətinə nəzərdə tutulub. İtaliya millisi Avro-2020-yə vəsiqə qazanacağı təqdirdə, saziş daha 2 illik uzadıla bilər.

 

Roberto Mançininin yeni iş yerində illik qazancı 2 milyon avro olacaq.

0