[b]“Qovmasalar, qalacam” - Alleqri[/b]
14.05.2018 - 14:38
[b]“Qovmasalar, qalacam” - Alleqri[/b]

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandadan mümkün gedişi ilə bağlı ünvanlanan sualı cavablandırıb. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, mütəxəssis “qoca sinyora” ilə olan müqaviləsinin müddətini doldurmaq niyyətindədi.

 

“Əgər məni qovmasalar, növbəti mövsüm də “Yuventus”da qalacam. Məsələ mənim gələcəyim deyil, əsas “Yuventus”un gələcəyi haqqında düşünməsidi. Çempionluğu qeyd etdikdən sonra təmiz başla masa arxasına oturub, hər şeyi müzakirə etməliyik” – deyə, Alleqri bildirib.

 

Alleqri yeni mövsümdə hər şeyin sıfırdan başlayacağını sözlərinə əlavə edib: “Yeni mövsüm başlayanda bizim yenidən 0 xalımız olacaq. Yenidən nə qədər rəqabətədavamlı olduğumu göstərməli olacağıq”.

 

Qeyd edək ki, Massimiliano Alleqrinin adı “Arsenal”la yanaşı hallanır.

0