[b]Avropada mövsümün “ən”ləri - FOTOSESSİYA[/b]
15.05.2018 - 00:01
[b]Avropada mövsümün “ən”ləri - FOTOSESSİYA[/b]

Avropa bir çox çempionatlarında 2017/18 futbol mövsümü başa çatıb. Apasport.az saytının məlumatına görə, qitənin ən böyük 5 birinciliyində “Mançester Siti” (İngiltərə), “Barselona” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya) və PSJ (Fransa) çempionluqlarını elan ediblər.

 

Bəs bu turnirlərdə komandalarına çempoionluqda ən çox hansı futbolçular kömək edib?

 

Rəqəmlərə nəzər salaq.

 

- Komandasına ən çox kömək edən futbolçu Lionel Messidir. O, İspaniya La liqasında meydana çıxdığı 35 oyunda 34 qol vuraraq “katalonlar”ın çempionluğunda böyük pay sahibi olub.

 

Картинки по запросу Messi

 

- Avropanın 5 böyük liqasında ən çox qol vuran ikinci futbolçu isə “Liverpul”un misirli ulduzu Məhəmməd Salahdır. O, 36 oyunda rəqib komandaların qapısından 32 qol keçirərək mövsümə damğasını vurub.

 

Картинки по запросу Salah

 

- Komandasının uğrunda ən çox pay sahibi olan qapıçıların siyahısında Yan Oblak birincidi. “Atletiko”nun sloveniyalı çərçivə qoruyucusu bu mövsüm La liqada meydana çıxdığı 37 oyunun 23-də qapısını toxunulmaz saxlamağı bacarıb.

 

Картинки по запросу Oblak

 

- Ən çox seyv edən qapıçı isə “Mançester Yunayted”li De Xeadı. İspan qolkiper 34 oyunda 96 dəfə real qol şansının qarşısını alıb.

 

Похожее изображение

 

- Cari mövsüm ötürmələrinin dəqiqliyi ilə seçilən futbolçu PSJ-nin braziliyalı müdafiəçisi Tiyaqo Silvadı. O, Fransa 1-ci liqasında meydana çıxdığı 24 oyunda 96% dəqiq ötürmə verərək Avropa səviyyəsində liderdi.

 

Похожее изображение

 

- Köhnə qitənin 5 böyük liqasında ən çox “assist” edən futbolçu “Mançester Siti”nin üzvü Kevin De Bründür. “Şəhərlilər”in mərkəz yarımmüdafiəçisi Premyer Liqada bu mövsüm 16 məhsuldar ötürmə verərək komanda yoldaşlarına kömək edib.

 

Картинки по запросу De Bruyne

 

- Avropada ən çox qol epizodu yaradan futbolçu mövsümün ortasında “Vest Hem”dən 30 milyon avroya “Marsel”ə transfer olan Dmitri Payedir. Fransız pleymeyker Fransa Liqa 1-də meydana çıxdığı 29 matçda 109 qol epizodu yaradıb.

 

Картинки по запросу payet marseille

 

0