[b]Keçmiş “Real”lı Portuqaliya millisindən imtina etdi[/b]
15.05.2018 - 00:57
[b]Keçmiş “Real”lı Portuqaliya millisindən imtina etdi[/b]

Fabio Koentrao Portuqaliya millisində oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi DÇ-2018 üçün açıqlanan heyətdə yer almaq istəməyib.

 

Bu barədə “Sportinq”in üzvü özü açıqlama verib. O, feysbuk səhifəsində yaxşı formada olmadığını və bu səbəbdən mundialda milli ilə birlikdə olmaq istəmədiyini yazıb. Komanda yoldaşlarına uğur arzulayan sol cinah oyunçusu yığmaya azarkeş kimi dəstək olacağını bildirib.

 

2009-cu ildən Portuqaliya millsinə dəvət alan keçmiş “Real”lı qarşıdakı illərdə yenidən yığmada olmağın əleyhinə deyil.

 

Qeyd edək ki, Portuqaliya DÇ-2018-də İspaniya, Mərakeş və İranla eyni qrupda mübarizə aparacaq.

0