[b]Premyer Liqa klubu baş məşqçisini qovdu[/b]
15.05.2018 - 09:05
[b]Premyer Liqa klubu baş məşqçisini qovdu[/b]

İngiltərə Premyer Liqasında mövsüm başa çatar-çatmaz ilk istefa reallaşıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Sem Ellardays “Everton”la yollarını ayırıb.

 

Klubun onu vəzifəsindən uzaqlaşdırmasına səbəb Ellardaysın azarkeşlər arasında mənfi nüfuz formalaşdırmasıdı. Rəhbərlik həftə ərzində onunla vidalaşdığını bəyan edəcək. Liverpul klubunda baş məşqçi postuna ən real namizəd “Uotford”un sabiq çalışdırıcısı Marko Silvadı.

 

Qeyd edək ki, “Everton” Premyer Liqada mövsümü 8-ci pillədə başa vurub.

0