[b]İkardinin taleyinə aydınlıq gəldi[/b]
15.05.2018 - 09:12
[b]İkardinin taleyinə aydınlıq gəldi[/b]

“İnter”in hücumçusu Mauro İkardinin “Real”a keçidi baş tutmayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “neradzurra”nın direktoru Pyero Ausilio deyib.

 

O, argentinalı forvardın gələn mövsümü də komandada keçirəcəyini söyləməklə, “Real”ın arzusunun üzərindən xətt çəkib: “Mauronun klubla hələ 3 illik müqaviləsi qüvvədədi. Hər zaman dediyimiz ki, klubun vəziyyəti çempionatda tutduğumuz yerə görə dəyişməyəcək. Kapitanla yola davam etmək arzusundayıq və belə də olacaq”.

 

Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən “İnter”in formasını geyinir.

0