[b]“Böyük beşlik”: mövsümün ən yaxşı futbolçusu açıqlandı[/b]
15.05.2018 - 12:06
[b]“Böyük beşlik”: mövsümün ən yaxşı futbolçusu açıqlandı[/b]

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Avropanın “böyük beşlik” ölkələrində çıxış edən ən yaxşı futbolçuların siyahısını dərc edib. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, reytinq oyunçuların faydalılıq əmsalına əsasən müəyyən edilib.

 

CİES-in araşdırmasının nəticəsinə əsasən, “Barselona”nın lideri Lionel Messi mövsümün ən yaxşısıdı. Onun faydalılıq əmsalı 91,12-di. İkinci sırada “Mançester Siti”nin yarımmüdafiəçisi David Silva qərarlaşırsa, ilk “üçlüy”ü “Yuventus”un aparıcı futbolçusu Paulo Dibala qapayır.

 

Ən yaxşı 100 oyunçudan 30-u İngiltərə Premyer Liqasında top qovur. Ən çox futbolçu ilə təmsil olunan klub isə “Bavariya”dı (11). Ümumilikdə 26 klubun üzvü siyahıda özünə yer tapa bilib.

 

İlk “10-luq”da İngiltərə çempionu “Mançester Siti”nin 6 oyunçusunun adına rast gəlmək mümkündü. Maraqlıdı ki, “Real”ın qol “silahı” Kriştianu Ronaldo 16-cı yeri bölüşür.

 

İlk “20-lik”

1. Lionel Messi (“Barselona”) – 92,12

2. David Silva (“Mançester Siti”) – 91,69

3. Paulo Dibala (“Yuventus”) – 91,37

4. Serxio Aquero (“Mançester Siti”) – 90,48

5. Nikolas Otamendi (“Mançester Siti”) – 90,47

6-7. Məhəmməd Salah (“Liverpul”) – 90,45

Luiz Fernandinyo (“Mançester Siti”) – 90,45

8. Kevin De Bruyne (“Mançester Siti”) – 90,14

9. Rahim Sterlinq (“Mançester Siti”) – 89,76

10. Robert Levandovski (“Bavariya”) – 89,61

11. Xalidu Kulibali (“Napoli”) – 89,17

12. Harri Keyn (“Tottenhem”) – 89,02

13. Hames Rodriges (“Bavariya”) – 88,97

14. Jorjinyo Frello (“Napoli”) – 88,74

15. Miralem Pyaniç (“Yuventus”) – 88,67

16-17. Lorenzo İnsinye (“Napoli”) – 88,58

Kriştianu Ronaldo (“Real”) – 88,58

18. Marek Hamşik (“Napoli”) – 88,53

19. Raul Albiol (“Napoli”) – 88,46

20. İvan Rakitiç (“Barselona”) – 88,18

 

Qeyd edək ki, siyahıya mövsüm ərzində çempionatda ən azı 20 oyun – 1800 dəqiqə (Almaniyada 16 oyun – 1440 dəqiqə) keçirənlər daxil edilib.

0