[b]DÇ-2018: Rusiyadan növbəti qələbə, Kanada pley-offda[/b]
15.05.2018 - 12:22
[b]DÇ-2018: Rusiyadan növbəti qələbə, Kanada pley-offda[/b]

Danimarkada keçirilən kişi xokkeyçilərin dünya çempionatında mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə A və B qruplarında ümumilikdə 4 qarşılaşma oynanılıb.

 

A qrupunda Slovakiyanı məğlub edən Rusiya qrupdakı 5-ci qələbəsini qazanıb. Çexiya - Avstriya oyununda birincilər seviniblər.

 

B qrupunda Cənubi Koreya turnirdəki 7-ci matçından da məğlub ayrılıb. Asiyalılar bu səfər Norveçlə bacarmayıblar. Latviyanı overtaymda məğlub edən Kanada isə pley-offa vəsiqəni təmin edib.

 

Dünya çempionatı

Qrup mərhələsi

A qrupu

Rusiya - Slovakiya - 4:0

Çexiya - Avstriya - 4:3

 

  Komanda adı Oyun Qələbə Məğlubiyyət  V.Q.-B.Q. Xal
  1.  İsveç   6   6        0 28-8  17
2.  Rusiya   6   5        1 31-7  16
3.  Çexiya   7   6        1 27-15  15
4.  İsveçrə   6   3        3 20-18  9
5.  Slovakiya   6   2        4 12-16  8
6.  Fransa   6   2        4 12-24  6
7.  Avstriya   7   1        6 13-30  4
8.  Belarus   6   0        6 4-29  0
 

 

B qrupu

Cənubi Koreya - Norveç - 0:3

Kanada - Latviya - 2:1 (overtaym)

 

  Komanda adı Oyun Qələbə Məğlubiyyət V.Q.-B.Q. Xal
1. ABŞ   6   6        0 37-10  16
2. Finlandiya   6   4        2 32-9  13
3. Kanada   6   4        2 29-12  12
4. Danimarka   6   4        2 13-16  11
5. Latviya   6   3        3 15-16  10
6. Almaniya   6   2        4 16-17  7
7. Norveç   7   2        5 13-31  6
8. Cənubi Koreya   7   0        7 4-48  0
 
0