[b]FİFA-nın mundiallarla bağlı qərar verəcəyi tarix dəqiqləşdi[/b]
15.05.2018 - 20:20
[b]FİFA-nın mundiallarla bağlı qərar verəcəyi tarix dəqiqləşdi[/b]

Rusiyada keçiriləcək DÇ-2018 ərəfəsində FİFA-nın Konqresi baş tutacaq. Apasport.az saytının məlumatına görə, tədbir iyunun 13-də təşkil olunacaq.

 

Moskvada keçiriləcək Konqresin gündəliyində əsas məsələlər növbəti iki mundialla bağlıdı.

 

FİFA 2022-ci ildə Qətərdə baş tutacaq yarışda iştirakçıların sayının 32 deyil, 48 olmasını müzakirə edəcək və yekun qərarını açıqlayacaq. Final mərhələsindəki iştirakçı sayı da məhz həmin iclasda dəqiqləşəcək.

 

Konqresdə DÇ-2026-nın ev sahibi də müəyyənləşəcək. FİFA iki variant arasında seçim edib, yekun qərar verəcək. Bunlar Mərakeş və birgə namizədliyini irəli sürən Şimali Amerika “üçlüy”ü – ABŞ, Kanada ilə Meksikadı.

0