[b]Azərbaycan çempionatının ən yaxşıları mükafatlandırıldı[/b] [b]- FOTOSESSIYA[/b]
15.05.2018 - 20:46
[b]Azərbaycan çempionatının ən yaxşıları mükafatlandırıldı[/b] [b]- FOTOSESSIYA[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2017/18 mövsümünün mükafatlandırılma mərasimi keçirilib. Apasport.az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, tədbir çempionatın son turu çərçivəsində keçirilən “Neftçi” İK – “Marafon Futsal” (8:8) oyunu başa çatdıqdan sonra təşkil olunub.

 

Ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Marafon Futsal” və “Araz” komandalarına təqdim edilib. Ən yaxşı baş məşqçi Elşad Quliyev (“Marafon Futsal”), ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu isə Seymur Məmmədov (“Marafon Futsal”) seçilib. Mövsüm ərzində 34 qol vuran Telez Bolinya (“Araz”) ölkə çempionatının bombardiri olub. 


Komandalara mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futzal federasiyasının baş katibi Mahmud Sadıqov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

0