[b]Yüksək Liqa: “8”ə 1 qol çatmadı[/b]
15.05.2018 - 22:12
[b]Yüksək Liqa: “8”ə 1 qol çatmadı[/b]

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2017/18 mövsümündə keçirilməli olan 84 qarşılaşmadan 82-si baş tutub.

 

Bu 82 görüşdən 71-də qalib müəyyənləşibsə, 11 dəfə heç-heçə qeydə alınıb.

 

Çempionatın oyunlarında 655 qol vurulub. Yüksək Liqada orta məhsuldarlıq 7,9878-ə bərabər olub. Məhsuldarlığın 8,00-lə ifadə olunması üçün cəmi 1 qol çatmayıb.

0