Ukrayna millisi Bakıya gətirəcəyi heyəti açıqladı

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasında Azərbaycan yığmasının rəqibinin baş məşqçisi Qari Yeqiazarov Bakıya gətirəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

Ukrayna yarışda əsasən gənc heyətə güvənəcək. Bu da aparıcı oyunçuların legioner həyatı yaşaması ilə bağlıdı. Onların mübarizə apardığı ölkələrdə yerli çempionatlar yeni başa çatdığından milliyə qoşulmayıblar. Çalışdırıcı bu “14-lüy”ü isə Belarusa 3:2 hesabı ilə qalib gəldikləri matçın yekununa əsasən açıqlayıb.

 

Toppaylayıcılar: 4. Alla Politanska, 14. Lyudmila Osaçuk, 17. Aleksandra Peretyatko,

 

Blokçular: 2. Diana Karpets, 9. Yuliya Qerasimova, 12. Anastasiya Karasova, 3. İrina Truşkina

 

Hücumçular: 1. Katerina Kalçenko, 5. Karina Denisova, 8. Anastasiya Krayduba, 10. Anna Kiriçenko, 11. Anna Stepanyuk, 16. Nadejda Kodola

 

Liberolar: 6. Kristina Nemtseva.

 

Qeyd edək ki, Azərbaycan ilk turda, mayın 19-da Ukraynanı qəbul edəcək. Voleybolçularımızın son oyunu da bu rəqibə qarşı olacaq və səfərdə baş tutacaq qarşılaşma iyunun 6-na təsadüf edəcək.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10