[b]Qvardiola mövsümün baş məşqçisi seçildi[/b]
16.05.2018 - 11:45
[b]Qvardiola mövsümün baş məşqçisi seçildi[/b]

İngiltərə Premyer Liqasında 2017/18 mövsümünün ən yaxşı baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının Liqanın tvitter hesabına istinadən məlumatına görə, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola həmin mükafata layiq görülüb.

 

Qvardiola Yurgen Klopp (“Liverpul”), Şon Dayç (“Bernli”), Roy Hocson (“Kristal Pelas”), Rafael Benites (“Nyukasl”) və Kris Hyutonu (“Brayton”) qabaqlayaraq, qalib olub.

 

Qeyd edək ki, “Siti” Qvardiolanın rəhbərliyi altında Premyer Liqada, toplanan xallar -100, vurulan qollar -106, ikinci komanda  ilə aradakı xal fərqi – 19, qalib gəldikləri oyun sayı -32, səfər qələbələrinin sayı – 16 kimi göstəricilərdə yeni rekord müəyyənləşdirib.

0