Mundiala aparılmayan alman futbolçu ağladı

Yoahim Löv ötən gün Almaniya yığma komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün nəzərdə tutulmuş 27 nəfərlik ilkin heyətini açıqlamışdı. Siyahıya düşə bilməyənlərdən biri “Bavariya”nın hücumçusu Sandro Vaqnerdi.

 

Apasport.az saytının “Bild”ə istinadən məlumatına görə, xəbəri eşidər-eşitməz məyus olan Vaqner “Bavariya”nın son məşqi zamanı göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları və baş məşqçi Yupp Haynkes onu sakitləşdiriblər.

 

Haynkes Yoahim Lövün qərarını başa düşmədiyini və Vaqnerin yığmaya çağrılmağa layiq olduğunu deyib.

 

Qeyd edək ki, Almaniya millisinin 27 nəfərlik siyahısında hücumçulardan Tomas Müller, Timo Verner, Leroy Sane, Mario Qomes və Nils Petersenin adları var.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10