[b]“Zirə”nin baş məşqçisi hakimi söydü[/b]
16.05.2018 - 13:00
[b]“Zirə”nin baş məşqçisi hakimi söydü[/b]

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında ölkə çempionatlarının geridə qalan turlarında baş vermiş neqativ hallara hüquqi qiymət verilib. Apasport.az saytının məlumatına görə, komitə futzal üzrə Yüksək Liqanın “Xəmsə” – “Araz” matçı ilə bağlı da qərarını verib.

 

Mayın 15-də keçirilməli olan görüşdə iştirak etməyən “Xəmsə” 0:5 hesablı texniki məğlubiyyətə məruz qalıb. Digər texniki məğlubiyyət U-16 Qızlar Liqasının ŞKGB – "Fidan" oyununa görə verilib. ŞKGB komandasının heyətində yaş limiti pozulduğundan, "Fidan" qalib elan olunub (3:0).

 

Bundan başqa, U-15 Liqasının “Vətən”  – “Zirə” qarşılaşması başa çatdıqdan sonra birincilərin baş məşqçisi İlqar Əliyev təhqiredici ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalandırılıb. “Zirə”nin baş məşqçisi Cəfər Hüseynov isə hakimin ünvanına söyüş işlətdiyindən, 5 matçlıq diskvalifikasiya edilib.

 

0