“Qarabağ”ın futbolçusu Argentina ilə oyundan imtina etdi

“Qarabağ”ın futbolçusu Vild-Donald Gerye Haiti millisinin Argentina ilə keçiriləcək yoldaşlıq matçında iştirak etməyəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi mayın 29-dakı qarşılaşmadan imtina edib.

 

O, istirahət etmək üçün bu addımı atdığını vurğulayıb: “Niyə bu siyahıda yer almadığımı soruşanlar üçün deyirəm ki, Haiti Futbol Federasiyasının rəhbərliyi ilə bu məsələ barədə danışmışam. Mənim milliyə çağırılacağımı bildirmişdilər. Ancaq onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaqlar bron etmişəm. Mayamidə 3 gün üçün 1400, Dominikan Respublikasında bir həftəyə 2000, “Royal Oasis”də isə 2 günə görə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz futbol oynamışam. Bundan əlavə, yenicə övladı dünyaya gələn bacımı ziyarət etməliyəm”.

 

29 yaşlı futbolçu iyunun 1-dən “Qarabağ”ın düşərgəsinə qayıdacağını bildirib: “Klubum avrokubokların seçmə mərhələsində çıxış edəcək. Bizdə cəmi 8 günlük məzuniyyət olacaq. "Qarabağ” çempionatda mövsümün son matçını mayın 21-də keçirəcək. Ailəm üçün çox darıxmışam. Bu səbəbdən mayın 22-də Argentinaya yollanmağım, orada 7 günlük toplanış və oyundan sonra ayın 30-da geri dönməyim çətin görünür. Çünki iyunun 1-də klubumun düşərgəsində olmalıyam. Avstriyaya 3 həftəlik təlim-məşq toplanışına yollanacağıq”.

 

Qeyd edək ki, Vild-Donald Gerye "Qarabağ"a ötən il “Alanyaspor”dan keçib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10