[b]İŞİD Ronaldo və Messinin “başını kəsdi” - FOTO[/b]
17.05.2018 - 12:31
[b]İŞİD Ronaldo və Messinin “başını kəsdi” - FOTO[/b]

İŞİD terror təşkilatı gələn il Rusiyada keçiriləcək dünya çempionatını hədəfə alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, terrorçular “fotoşop”la düzəldilən daha bir rəsm vasitəsilə turniri təhdid edib.

 

Onlar bu dəfə dünya ulduzları Lionel Messi və Kriştianu Ronaldonun şəklini paylaşıblar. Həmin fotoda adıçəkilən oyunçuların meydançada başlarının kəsilməsi təsvir edilib.

 

İŞİD bundan əvvəl də mundial öncəsi qorxu yaradan şəkillər paylaşmışdı. Həmin arxivdəki fotolarda Messinin daha çox yer alması xüsusi diqqət çəkir. Terrorçular yenə argentinalı superulduzun timsalında hədəfin Rusiya və bu ölkənin prezidenti Vladimir Putin olduğunu göstəribər.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

0