Aslan Kərimov: “Milli komandanın bosniyalılarla görüşü əvvəlkilərindən fərqlənmədi”
02.06.2008 - 15:39
Aslan Kərimov: “Milli komandanın bosniyalılarla görüşü əvvəlkilərindən fərqlənmədi”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fikrimcə, milli komandamızın Berti Foqtsun rəhbərliyi altında ilk oyunu normalı alındı. Çoxları Bosniya və Herseqovinanın bizə qarşı zəif heyətlə oynadığını desə də, rəqibi yenə güclü sayıram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq kapitanı Aslan Kərimov deyib. 35 yaşlı müdafiəçinin sözlərinə görə, bir oyunla Berti Foqtsun komandası haqda qəti fikir yürütmək doğru deyil: “Foqtsun işinə, taktiki sxeminə qiymət verməyim doğru olmazdı. Yoldaşlıq görüşləri ilə rəsmi oyunlar bir-birindən tam fərqlənir. Foqts sınaq matçlarında futbolçuları, müxtəlif taktiki sxemləri nəzərdən keçirir. Bosniya və Herseqovina ilə görüş əvvəlkilərdən fərqlənmədi. Sadəcə, futbolçularımızın psixoloji gərginlikdə olmasını müşahidə etdim ki, bunu da təbii sayıram. Çünki həm heyətdə yeni oyunçuların olması, taktiki gedişlər, həm də yeni baş məşqçinin rəhbərliyi altında ilk matça çıxmaq öz sözünü deyirdi. Ancaq növbəti yoldaşlıq görüşündə səfərdə Andorra yığmasını məğlub edəcəyimizə inanıram”.
0