“Real”, “Çelsi” və PSJ Levandovski “ovunda”

“Lokomotiv”in yarımmüdafiəçisi Maçey Rıbus Polşa yığmasından komanda yoldaşı Robert Levandovski haqqında danışıb. Apasport.az saytının sport24.ru-ya istinadən məlumatına görə, o, Levandovskinin mövsümün sonunda “Bavariya”nı tərk edəcəyini deyib.

 

“Polşa millisindən kimin “Lokomotiv”də oynamasını istərdim? Əlbəttə, Levandovski. Ancaq onun klubu ilə 2021-ci ilə qədər müqaviləsi var.  Bir neçə ay öncə Robert agentini dəyişdirib. Düşünürəm ki, bu mövsümün ardından “Bavariya”dan ayrılacaq. Hara gedəcəyi isə bəlli deyil. Deyəsən, üç klub onu transfer etmək istəyir: “Real”, “Çelsi” və PSJ. O, nəyisə dəyişmək niyyətindədi, çünki “Bavariya” ilə mümkün olan hər şeyi qazanıb: kubok, 5 çempionluq, 3 dəfə bombardirlik. Geriyə təkcə Çempionlar Liqası qalır” – deyə, Rıbus bildirib.

 

Qeyd edək ki, 2014-cü ildən bəri Münhen klubunun formasını geyən Robert Levandovski “Bavariya” forması ilə meydana çıxdığı 126 görüşdə 106 dəfə rəqib qapılarına yol tapıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10