[b]Bir rekord, dörd iddiaçı[/b]
17.05.2018 - 15:04
[b]Bir rekord, dörd iddiaçı[/b]

Topaz Premyer Liqasının sonuncu turu ərəfəsində ən çox oyun keçirən futbolçu adına 4 namizəd var. Apasport.az saytının məlumatına görə, bu iddiaçılar çempionatın arxada qalan 27 turunun hamısında meydana çıxanlardı.

 

Düzdü, onlardan heç biri bu qarşılaşmaları əvəzolunmadan keçirməyib. Çempionatın rekordçusunun bu oyunçulardan hansının olacağına isə son tur aydınlıq gətirməlidi.

 

Meydanda daha çox dəqiqə keçirdiyinə görə siyahıya “Sumqayıt”ın iki futbolçusu başçılıq edir. Cavid İmamverdiyev 2167 dəqiqə meydanda olub. Onun ən yaxın izləyicisi və komanda yoldaşı Amil Yunanov isə 13 dəqiqə geri qalır.

 

Bütün oyunların iştirakçısı olan digər iki futbolçu isə rekordçu adına qovuşmaq üçün özündən öndəkilərin meydana çıxmamasına ümid etməlidi. 27 matçda 1994 dəqiqə şans qazanan İqnasio Herrera “Neftçi”nin son matçında şans qazansa, “Sumqayıt”ın üzvlərinin istirahətinə bel bağlayacaq. 4-cü olan Slavik Alxasov isə “Keşlə”nin oyunlarında 1857 dəqiqə şans qazanıb. Onun rekordçu olması üçün ilk “üçlük” son turu buraxmalıdı.

0