Futbol tarixində fantastik məbləğ – 2 milyard

Milli futbol liqasında (NFL) çıxış edən komandalardan “Karolina Penters” 2 milyard 275 milyon dollara satılıb. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, komandanın qurucusu və sahibi Cerri Riçardson ilə amerikalı iş adamı Devid Tepper arasında satış anlaşması imzalanıb.

 

“Penters” 2 milyard 275 milyon dollara satılaraq, NFL-də bir rekord müəyyənləşdirib. NFL tarixində daha öncə belə bir yüksək satış rəqəminə rast gəlinməyib. Son olaraq, “Baffalo Bils” 1,4 milyard dollara satılmışdı.

 

Digər tərəfdən, ötən il NBA komandalarından “Hyuston Rokets” 2,2 milyard dollara, “Bruklin Nets”in səhmlərinin 49%-i isə 2,3 milyard dollara satılmışdı.

 

“Karolina Penters”in yeni sahibi – Devid Tepper “Forbes”in zənginlər siyahısında 11 milyard dollarlıq sərvəti ilə 130-cu sırada yer alır.

 

Qeyd edək ki, David Tepper həm də NFL komandalarından “Pittsburq Stilers”in də səhmlərinin bir hissəsinin sahibidi.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10