[b]Yığmamızın oyununun biletləri satışda[/b]
17.05.2018 - 21:01
[b]Yığmamızın oyununun biletləri satışda[/b]

Azərbaycan millisinin Qazaxıstanla keçirəcəyi yoxlama oyununun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, iyunun 5-də baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər ən azı 500 tenge (2 manat 60 qəpik) ödəməli olacaq.

 

Astanada keçiriləcək matça ən baha biletlərin qiyməti isə 2000 tenge (10 manat 40 qəpik) təşkil edəcək.

 

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

0