Qrizmann “Barselona” ilə nə vaxt müqavilə bağlayacaq?

“Atletiko”nun hücumçusu Antuan Qrizmannın “Barselona”ya keçəcəyi tarix müəyyənləşib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, fransalı forvard dünya çempionatının startına qədər kataloniyalılarla münasibətləri rəsmiləşdirəcək.

 

Tərəflər bu keçidi qarşıdakı 2 həftə ərzində reallaşdırmağı planlaşdırırlar. Ulduz futbolçunun transferdən hələ də imtina etmək hüququ var. Lakin bunun müqabilində “Barselona”ya 20 milyon avro cərimə ödəməlidi.

 

Doğrudu, Qrizmannın sərbəst qalma məbləği 100 milyon avrodu. Lakin “Barsa”nın prezidenti Xosep Bartomeu “Atletiko” ilə yaxşı əlaqələri qorumaq üçün madridlilərə 115-120 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm La Liqada keçirdiyi 31 oyunda 19 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10