[b]Qvardioladan yeni müqavilə - FOTO[/b]
17.05.2018 - 21:33
[b]Qvardioladan yeni müqavilə - FOTO[/b]

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə müqaviləni yeniləyib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “şəhərlilər” katalon çalışdırıcının sazişini 2021-ci ilin yayına qədər uzadıb.

 

Qvardiolanın əvvəlki müqaviləsi 2019-cu ilin yayına qədər idi. Yeni sözləşmədən məmnunluğunu dilə gətirən çalışdırıcı gələn mövsüm qatılacaqları bütün turnirləri qazanmağa çalışacaqlarını bildirib.

 

Qeyd edək ki, “Mançester Siti” Pep Qvardiolanın rəhbərliyi altında bu mövsüm Premyer Liqanın qalibi olub.

0