[b]DÇ-2018: Daha bir yığma heyətini açıqladı[/b]
17.05.2018 - 22:02
[b]DÇ-2018: Daha bir yığma heyətini açıqladı[/b]

Dünya çempionatında iştirak edəcək Mərakeş millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu ilkin siyahıya 26 oyunçu salıb.

 

Bu futbolçulardan 3-ü heyətdən çıxarılacaq və yekun “23-lük” müəyyənləşdiriləcək.

 

Qapıçılar: Yassin Bunu (“Jirona”, İspaniya), Ahmed Tanyauti (“İttihad Tanjer”), Munir Mohand (“Numansiya”, İspaniya);

Müdafiəçilər: Mehdi Benatia (“Yuventus”, İtaliya), Romen Saiss (“Vulverhempton”, İngiltərə), Manuel da Koşta (“Başakşəhər”, Türkiyə), Əşrəf Hakimi (“Real”, İspaniya), Badr Banun (“Raca Kasablanka”), Hamza Mendil (“Lill”, Fransa), Ualid əl-Hacam (“Amyen”, Fransa);

Yarımmüdafiəçilər: Nabil Dirar (“Fənərbaxça”, Türkiyə), Yussef Ait-Bennasser (“Kan”, Fransa), Mehdi Karsela-Qonzales (“Olimpiakos”, Yunanıstan), Kərim əl-Ahmadi, Sofyan Amrabat (hər ikisi “Feyenoord”, Hollandiya), Yunes Belhanda (“Qalatasaray”, Türkiyə), Hakim Zeyç, Nussair Mazrai (hər ikisi “Ayaks”, Hollandiya), Faysal Facr (“Xetafe”, İspaniya), Əziz Buxadduz (“Sankt-Pauli”, Almaniya), Nordin Amrabat (“Leqanes”, İspaniya), Mubarak Bussufa (“Əl-Cəzirə”, Birləşmiş Ərəb Əmirlikləri), Amin Arit (“Şalke”, Almaniya);

Hücumçular: Ayub əl-Kaabi (“Renessans Berkan”), Xalid Butaib (“Yeni Malatyaspor”, Türkiyə), Yussef ən-Nəsiri (“Malaqa”, İspaniya).

 

Qeyd edək ki, Mərakeş yığması mundialın B qrupunda Portuqaliya, İspaniya və İranla qarşılaşacaq.

0