[b]DÇ-2018: Seneqalın “23-lüy”ü - SİYAHI[/b]
17.05.2018 - 22:17
[b]DÇ-2018: Seneqalın “23-lüy”ü - SİYAHI[/b]

Seneqal millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aliu Sisse yekun “23-lüy”ü açıqlayıb.

 

Dəvət edilənlər arasında Xalidu Kulibali, Sadio Mane və Keyta Balde kimi ulduzların adları xüsusi diqqət çəkir.

 

Qapıçılar: Xadim Ndiaye (“Horoya”, Qvineya), Abdulaye Diallo (“Renn”, Fransa), Alfred Qomis (“Spal”, İtaliya);

Müdafiəçilər: Kara Mbodji (“Anderlext”, Belçika), Lamine Qassama (“Alanyaspor”, Türkiyə), Xalidu Kulibali (“Napoli”, İtaliya), Salif Sane (“Şalke”, Almaniya), Saliou Siss (“Valensyenn”, Fransa), Mussa Vake (“Eupen”, Belçika), Yussuf Sabali (“Bordo”, Fransa);

Yarımmüdafiəçilər: İdrissa Queye (“Everton”, İngiltərə), Çeyku Kuyate (“Vest Hem”, İngiltərə), Çeyk Ndoye (“Birmingem”, İngiltərə), Alfred Ndiaye (“Vulverhempton”, İngiltərə), Badou Ndiaye (“Stok Siti”, İngiltərə);

Hücumçular: Sadio Mane (“Liverpul”, İngiltərə), Mussa Sou (“Bursaspor”, Türkiyə), Mame Biram Diuf (“Stok Siti”, İngiltərə), Mussa Konate (“Amyen”, Fransa), Keyta Balde (“Monako”, Fransa), İsmaila Sarr, Diafra Sako (hər ikisi “Renn”, Fransa), Mbaye Nyanq (“Torino”, İtaliya).

 

Qeyd edək ki, Seneqal millisi mundialda Kolumbiya, Yaponiya və Polşa ilə H qrupunda mübarizə aparacaq.

0