[b]“Mançester Siti”nin transferlərə pulu qalmayıb[/b]
18.05.2018 - 01:29
[b]“Mançester Siti”nin transferlərə pulu qalmayıb[/b]

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yay transfer planlarını açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis heyətdə ciddi dəyişiklik edilməyəcəyini söyləyib.

 

O, bu yay transferlərə böyük pullar xərcləməyəcəklərini vurğulayıb: “1, maksimum 2 transfer planlaşdırırıq. Bəlkə də, insanlar inanmırlar, ancaq bizim hər il transferlərə 300 milyon funt-sterlinq xərcləyəcək qədər pulumuz yoxdu. Biz transferlərə artıq kifayət qədər pul xərcləmişik. Bundan sonra bunlara az pul ayırılacaq. Heyəti gəncləşdirmək lazımdı”.

 

Pep Qvardiola yayda hücum xəttini gücləndirməyə çalışacaqlarını əlavə edib.

0